Gəncədə daha bir küçədə su və kanalizasiya boruları ana xəttə calanır. Bu haqda Gencexeber.az-a 5 iyul tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin İsrafil Məmmədov küçəsində aparılır. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Küçədəki təzə su təchizatı və kanalizasiya xətləri Atatürk prospektində yeni çəkilmiş sistemə birləşdirilir.
Küçənin bir hissəsi boruların keçirilməsi üçün qazılıb.