Gəncədə kommunal qəzalar baş verib. Bu haqda Gencexeber.az-a 5 iyul tarixində məlumat daxil olub.
Hadisələr şəhərin Təbriz küçəsində və 5-ci mikrorayonunda qeydə alınıb. Birinci ərazidə sakinlərin sözlərinə görə, 3 gündür yeraltı içməli su borusu partlayıb. Nəticədə səhər saatlarında səki boyunca su axır.
5-ci mikrorayonda isə kanalizasiya borusunda qəza olub. Yeraltı xətt bir neçə gündür ki, partlayıb. Burada küçə ilə çirkab sular axır.
[modula id="40175"]