Gəncənin bu ərazisində uzun müddətdir kommunal problem müşahidə olunur. Bu haqda Gencexeber.az-a 5 yanvar tarixində məlumat daxil olub.
Şəhərin Ruzigar Qasımov küçəsi, döngə 2 ünvanında yeraltı su xəttindən küçə boyunca su axır. Sakinlərin sözlərinə görə, bu hal içməli suyun israfına səbəb olur. Həmçinin ərazidə yaranan gölməçələr insanların hərəkətini çətinləşdirir.
Məlumata görə, sözügedən hal bir neçə aydır davam edir.