Gəncə şəhərində bir neçə nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 5 avqust tarixində Report-a istinadən xəbər veririk.
Şəhər ərazisində 3 avtomobil toqquşub. Nəticədə 34 yaşlı V.Allahverdiyev, 22 yaşlı B.Quliyev və 63 yaşlı Ş.Yusibova xəsarət alıblar.
Onların vəziyyəti qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma aparılır.