Gəncədə yol-nəqliyyat hadisəsi olub. Bu haqda 3 avqust tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə Gəncə–Şəmkir avtomobil yolunun 4-cü kilometrində qeydə alınıb. Hərəkətdə olan "Kia", "Chevrolet" və digər avtomobillər toqquşub. Daha sonra "Kia" minik maşını bordürə çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.