Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı avqustun 14-ü Apa-ya istinadən veririk.
Hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 14 yaşlı T.Şükür İlahini vurub.
Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.