Gəncədə maşın velosipedlə toqquşub. Bu barədə avqustun 13-ü Report-a istinadən məlumat veririk.
Yol-nəqliyyat hadisəsi Yeni Gəncə qəsəbəsində baş verib. "VAZ" markalı avtomobil velosipedlə hərəkət edən 16 yaşlı O.Sadıqovu vurub.
Müxtəlif bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.