Gəncədə küçələrin işıqlandırılması üzrə işlər davam edir. Bu haqda Gencexeber.az-a 6 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin İsmət Qayıbov küçəsinin birinci döngəsindən gedir. Bir müddət öncə ərazidə asfalt örtüyünün çəkilməsi barədə məlumat paylaşmışdıq. Növbəti mərhələ olaraq, burada küçənin işıqlandırılması üçün dirəklər qoyulub.
Aldığımız məlumata əsasən, hazırda elektrik sisteminin quraşdırılması üzrə işlər aparılır.