Gəncədə daha bir konsert təşkil olunacaq. Bu haqda 12 oktyabr tarixində Gəncə Mall-a istinadən məlumat veririk.
Gəncə Mall həftəsonu üçün hazırlanan proqramı açıqlayıb. Ticarət mərkəzini oktyabrın 14-də (şənbə) ziyarət edən şəxslər üçün konsert baş tutacaq. Burada “Şur” Muğam qrupu çıxış edəcək. Tədbir 17:00-da başlayacaq.
Konsertə hər kəs dəvətlidir. Qatılmaq istəyən şəxslər sərbəst iştirak edə bilərlər.