Gəncədə toy karvanında sürücü avtoxuliqanlıq edib. Bu haqda 28 may tarixində Avtosfer.az-a istinadən xəbər veririk.
Hərəkətdə olan 10-UJ-896 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. Sürücü anidən sağa manevr edərkən idarəetməni itirib. Nəticədə yol kənarındakı reklam lövhəsinə dəyərək aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb.