Gəncədə silinən piyada zolağı sakinlər üçün çətinlik yaradır. Bu haqda Gencexeber.az-a 11 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal Mirzə Abbas Abbaszadə küçəsində müşahidə edilir. Nizami Gəncəvinin heykəlinin yanında "zebra" silinib. Yerdə xətlər olmadığından sürücülər sürəti azaltmırlar. Bu da öz növbəsində piyadalar üçün çətinlik və təhlükə yaradır.
"Piyada zolağını yenidən rəngləsələr, biz də yolu rahatlıqla keçərik", - deyə sakinlər bildirirlər.