Gəncədə sahibkarlarla görüş keçirilib. Bu haqda 20 iyul tarixində Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər veririk.
Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri sənaye, kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər. Tədbirdə maliyyə resurslarına çıxış imkanları, o cümlədən dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib.
Həmçinin iştirakçıların çətinlikləri öyrənilib və təklifləri dinlənilib.