Azərbaycan Dəmir Yolları onlayn bilet satışında yenilik edib.
Gencexeber.az ADY-yə istinadən məlumat verir ki, proses təkmilləşdirilib. Belə ki, rayonlararası (şəhərlərarası) marşrutlar ilə səfər biletinin onlayn rəsmiləşdirilməsi zamanı hərəkətdə olacaq qatarın növü (sürətli və ya sürət qatarı) açılan səhifədə göstərilməyə başlayıb.
Sözügedən məlumat pəncərənin sol tərəfində, marşrutun adının yuxarı hissəsində “Stadler” və ya “Ekspress” formasında əks olunur.
Qatarların növləri ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: