Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 25 fevral tarixində məlumat daxil olub.
Hadisə şəhərin Ozan və Faiq Bayramov küçələrinin kəsişməsində qeydə alınıb. Faiq Bayramov ilə hərəkət edən “Mercedes” digər küçədən gələn “VAZ-21015”in qarşısına çıxıb. Qəza zamanı xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.