Gəncədə hepatitlə bağlı tədbir keçirilib. Bu haqda 19 iyul tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Tədbir “Hepatit B virus xəstəliyinin diaqnostika və müasir müalicə üsulları” mövzusunda təşkil olunub. Burada şəhər Birləşmiş Xəstəxanasının həkim mütəxəssisləri iştirak ediblər.
Yığıncaqda “Viruslu C hepatitinin diaqnostika və müalicəsi”, “Viruslu B+D hepatitlərinin müasir diaqnostikası və müalicəsi”, “Qıcıqlanmış bağırsaq sindromu” və digər mövzular müzakirə olunub.
Sonda iştirakçıların suallarına aydınlıq gətirilib.