Gəncədə qaz təchizatında fasilə yaranacaq. Bu haqda 14 avqust tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Əhalini mavi yanacaqla təmin edən borularda təmir işləri gedir. Bununla əlaqədar olaraq, bu gün, 14 avqust, saat 10:00-dan işlər başa çatana kimi qaz təchizatı dayandırılacaq. Söhbət 2-ci şəhər xəttindən (şəhərin bir hissəsi) gedir.
Qeyd edək ki, borularda "Kipliyə sınaq" və digər təmir-bərpa işləri aparılır.