Gəncədə tarixi tikili təmir olunur. Bu haqda Gencexeber.az-a 18 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mirəli Qaşqay küçəsində yerləşən binadan gedir. Əvvəllər şəhər Prokurorluğunun yerləşdiyi tikili bərpa olunur. Sakinlərin sözlərinə görə, binanın həm fasadında, həm də daxilində təmir işləri gedir.
İlkin məlumata görə, burada Vəkillər Kollegiyası fəaliyyət göstərəcək.
Qeyd edək ki, binanın üzərində Mədəniyyət Nazirliyi tərəfindən qorunduğu qeyd olunub.
[modula id="59807"]