Gəncədə küçələrdən birində təmir işləri aparılır. Bu haqda Gencexeber.az-a 4 iyul tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Ruzigar Qasımov küçəsində gedir. Burada - avtomobil yolunun ortasında bir parça yeraltı xətdə qəza baş verdiyi üçün ərazi qazılıb. Həmin yerə məlumatverici nişanlar qoyulub.
Sakinlər işlərin qısa müddətdə tamamlanmağını arzu edirlər. Onlar qazılmış ərazinin üstünün açıq olmasının təhlükə yaratdığını bildirirlər.