"İrşad Elektronics" MMC Gəncədə kredit mütəxəssisi vakansiyası üzrə əməkdaş axtarır. Son müraciət tarixi 24 oktyabrdır.
Namizədlər öz CV-ni hr@irtelecom.az elektron ünvanına göndərməlidirlər.
Vəzifə öhdəlikləri aşağıdakılardır:
- Müştəriyə kredit məhsulları haqqında məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına dair xidmətlər;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Namizədlərdən bunlar tələb olunur:
- Yaş: 22-30 arası;
- Cinsi: Kişi;
- Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar;
- Komanda və müştərilərlə işləmək bacarıqları;
- Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
- Güclü kommunikasiya bacarıqları;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzu olunandır (vacib deyil)
Daha öncə, Ziraat bankın Gəncə filialı üzrə müştəri xidmətləri mütəxəssisi vakansiyası haqda xəbər vermişdik.