Gəncədə təlim təşkil olunub. Bu haqda 19 iyul tarixində “Easy-Peasy Econimics”ə istinadən məlumat veririk.
Tədbir Gəncə Amerika Mərkəzində baş tutub. İqtisadiyyat və maliyyə savadlılığı üzrə təlimi Leyla Babayeva və Rəsul Əlizadə keçiblər. Burada informativ sessiyalar və qrup işləri vasitəsilə ümumi iqtisadi anlayışlar - ÜDM, inflyasiya, devalvasiya, məşğulluq, maliyyə savadlılığı, kredit, qiymətlər, şəxsi büdcənin düzgün idarə olunması barədə məlumatlar verilib.
Qeyd edək ki, təlimlər Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti proqramı çərçivəsində həyata keçirilib.