Gəncədə daha bir ödənişsiz təlim təşkil olunacaq. Bu haqda 10 iyul tarixində Gəncə Amerika Mərkəzinə istinadən məlumat veririk.
"İqtisadiyyat və maliyyə savadlılığı" ilə bağlı təlim Gəncə Amerika Mərkəzində baş tutacaq. Ödənişsiz məşğələ 15 iyul saat 14:00-da keçiriləcək.
Təlimə hər kəs qatıla bilər. Əlavə məlumat üçün (055) 520 42 46 (WhatsApp) nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Qeyd edək ki, Gəncə Amerika Mərkəzi Nizami prospekti, 81 ünvanında Mərkəzi kitabxanada yerləşir.