Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 5 oktyabr tarixində məlumat daxil olub.
Hadisə Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. İşıqforun qırmızı işığında keçən “Jeep Wrangler” markalı avtomobil hərəkətdə olan “Volkswagen Passat”a çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.