Gəncədə daha bir avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 12 iyul tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 28 May küçəsi ilə Nizami prospektinin kəsişməsində “VAZ 2107” markalı avtomobil işıqforun qırmızı işığında yola çıxıb. Bu vaxt hərəkətdə olan “Hyundai” həmin maşına çarpılıb.
Nəticədə hər iki avtomobildə olan sərnişinlər yüngül xəsarətlər alıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, “Hyundai” markalı avtomobildə şəhid Orxan Həsənovun ailəsinin olduğu bildirilir.