Gəncədə səhiyyə işçilərinin iştirakı ilə tədbir təşkil olunub. Bu haqda 4 oktyabr tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
“Təşviş pozuntuları ilə psixoloji işin aparılması proqramı” mövzusunda seminar Şəhər Birləşmiş Xəstəxanasının İlkin Səhiyyə Xidmətinin (İSX) Psixi sağlamlıq bölməsinin təşəbbüsü ilə baş tutub.
Tədbir psixoloq Zahid Tağıyevin təqdimatı ilə keçirilib.
Seminarda tibb müəssisələrində və orta məktəbdə çalışan psixoloqlar, eyni zamanda nevroloqlar iştirak ediblər. Burada təşviş pozuntusu, yaranma səbəbləri, diaqnostikası barədə məlumatlar verilib.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.