Gəncə şəhərində təlim keçiriləcək. Bu haqda 17 iyun tarixində Gəncə Maarif Evinə istinadən xəbər veririk.
Gəncə Maarif Evi İctimai Birliyinin Psixologiya klubunun növbəti təlimi baş tutacaq. Tədbir psixoloq Aytac Hüseynli tərəfindən təşkil ediləcək.
Psixoloqla görüş 18 iyun tarixində saat 12:00-da Gəncə Maarif Evində keçiriləcək.
Qeyd edək ki, Maarif Evi Nizami Gəncəvi prospekti, 81 ünvanında yerləşir.