Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 5 iyun tarixində Bizim.media-ya istinadən məlumat veririk.
Bildirilir ki, “Toyota Prius” markalı avtomobil işıqforun yaşıl işığında yolu qarşı tərəfə keçmək istəyən 19 yaşlı Firuzə Rzayevanı vurub. Nəticədə piyada xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.