Gəncədə daha bir küçədə yol infrastrukturu yaxşılaşdırılıb. Bu haqda Gencexeber.az-a 7 iyul tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Pərviz Səmədov küçəsində aparılıb. Burada asfalt örtüyünün yararsız hissələri qazılıb. Daha sonra yol səthi bərabərləşdirilib. Bu gün əraziyə texnika, canlı qüvvə cəlb olunub və həmin hissələrə asfalt örtüyü tökülüb.