Gəncədə küçələrdən birində təmir işləri gedir. Bu haqda Gencexeber.az-a 8 iyul tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Pərviz Səmədov küçəsində aparılır. Burada fərdi evlərdən birinin kanalizasiya sistemində nasazlıq yaranıb. Əraziyə “Maqro” şirkətinin əməkdaşları və texnikası cəlb olunub.
Küçənin bir hissəsi qazılıb və həmin yerdə təmir işlərinə başlanıb.