Gəncədə küçələrdən birində piyada zolaqları rənglənib. Bu haqda Gencexeber.az-a 7 yanvar tarixində məlumat daxil olub.
Söhbət şəhərin Mehmandarov küçəsindən gedir. Bir müddət öncə ərazidə ölümlə nəticələnən qəza baş vermişdi. Bu gün burada silinmiş piyada zolağı bərpa olunub. Həmçinin işıqfor təmir olunaraq işlək vəziyyətə gətirilib.
Qeyd edək ki, şəhərin bir çox ərazilərində piyada zolaqları silinib. Bu hal həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.