Gəncədə sakinlərə vakansiyalar barədə məlumat təqdim olunacaq. Bu haqda 27 iyul tarixində Məşğulluq Agentliyinə istinadən məlumat veririk.
Şəhərimizdə növbəti əmək yarmarkası keçiriləcək. Tədbir 29 iyul tarixində saat 11:00-da baş tutacaq. Burada 35 müəssisə tərəfindən 300-ə yaxın vakansiya təqdim olunacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Sakinlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Tədbir Gəncə Dövlət Milli Dram Teatrında (Azərbaycan Bayrağı küçəsi, 78) keçiriləcək.