Gəncə şəhərinin Nizami prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Gencexeber.az bu gün, 22 mart tarixində verir.
“BMW” və “Chevrolet” avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Şahidlərin sözlərinə görə, qəzaya səbəb “Chevrolet” markalı avtomobilin qarşı yola çıxması olub.
Faktla bağlı araşdırma aparılır.