Gəncədə səyyar görüş keçirilib. Bu haqda 20 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Niyazi Bayramov Heydər Əliyev Park-Xiyaban Kompleksində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. Burada icra başçısı ilə yanaşı, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər.
Qəbuldan öncə şəhər rəhbərliyi şəhid ailələri və sakinlərlə birlikdə parkda Vətən müharibəsi şəhidlərinin xatirəsinə əkilən ağacların olduğu hissəyə baxış keçirib. Görüş çay süfrəsi arxasında davam edib.
Vətəndaşlar onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflər səsləndiriblər. Müraciətlər arasında işlə təminat, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib. Onların bir çoxu yerindəcə həllini tapıb, digərlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.