Gəncədə yeni təyin olunmuş əməkdaşla görüş keçirilib. Bu haqda 12 iyul tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Niyazi Bayramov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin yeni rəisi ilə görüşüb. Görüşdə şəhərimizdə gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb, perspektivdə duran məsələlər müzakirə edilib.
Şəhər rəhbərliyi İntiqam Hüseynova öz tapşırıq və tövsiyələrini verib, ona işlərində uğurlar arzulayıb.