Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tərəfindən yeni layihə təqdim olunacaq. Bu haqda 29 aprel tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Ölkədə ilk dəfə "Musiqinin gücü" adlı layihə həyata keçiriləcək. Layihənin ilk təqdimatı 6 may tarixində saat 19:00-da Xan Bağında baş tutacaq.
Tədbirin əsas məqsədi klassik musiqini, milli dəyərlərimizi təbliğ etməyə və insanların asudə vaxtının səmərəli keçməsinə xidmət etməkdir. Layihə çərçivəsində həftənin müəyyən günləri açıq havada konsert proqramları təşkil olunacaq.
Qeyd edək ki, layihə İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respulikası Mədəniyyət Nazirliyi və Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.