Gəncədə abadlıq və yaşıllıq işləri davam edir. Bu haqda 2 iyun tarixində MKTİB-yə istinadən məlumat veririk.
Şəhərin müxtəlif ərazilərində yol və səki kənarlarında təmir-bərpa işləri aparılıb. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən Cavadxan küçəsində mövsümi güllər əkilib.
Yaxın günlərdə adıçəkilən küçədə əsaslı təmirdən sonra fəvvarələr də bura istirahətə gələnlərin ixtiyarına veriləcəkdir.