Gəncədə konsert təşkil olunacaq. Bu haqda 6 iyun tarixində “Gəncland”a istinadən məlumat veririk.
Proqram “Gəncland” ailəvi istirahət və əyləncə kompleksində baş tutacaq. Müğənni və bəstəkar Miro sakinlərimiz üçün konsert verəcək. Tədbirdə iştirak ödənişsizdir.
Konsert 16 iyun saat 18:00-da təşkil olunacaq. Burada istəyən hər kəs iştirak edə bilər.
Qeyd edək ki, kompleks Yeni Gəncə qəsəbəsində yerləşir.