Gəncədə görkəmli alim Mir Cəlal Paşayevin anadan olmasının 116-cı ildönümünə həsr olunmuş tədbir baş tutub. Bu haqda 27 aprel tarixində “Gəncə Maarif Evi” İctimai Birliyinə istinadən xəbər veririk.
Tədbirdə ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin Azərbaycan elminə və ədəbiyyatına verdiyi töhfələrdən söz açılıb. Burada Mir Cəlal Paşayevin "Xarici naxoşluq"adlı hekayəsindən səhnəcik göstərilib.
Tədbir Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Mir Cəlal Paşayevin Ev-Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, alimin ildönümündə Maarif Evinin könüllüsü Gülsüm İsmayılova da iştirak edib.