Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 12 iyul tarixində məlumat daxil olub.
Hadisə şəhərin İsmət Qayıbov küçəsi ilə Atatürk prospektinin kəsişməsində qeydə alınıb. “KİA” markalı avtomobil qarşısında hərəkətdə olan “GAZ” markalı yük maşınına çarpılıb. Nəticədə xəsarət alan olmayıb. Əraziyə evakuator çağırılıb.
Qəza yerinə polis əməkdaşları cəlb olunublar.