Mingəçevir gəncləri üçün Gəncəyə ekskursiya təşkil olunub. Bu haqda 6 iyul tarixində ASAN könüllülərinə istinadən məlumat veririk.
Səfər Heydər Əliyev ili çərçivəsində baş tutub. Mingəçevir regional "ASAN xidmət" mərkəzinin könüllüləri şəhərimizin qonağı olublar. Onlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Gənclərə burada ümummilli liderin həyatı və fəaliyyəti haqda məlumat verilib. Həmçinin qonaqlar eksponatlarla tanış olublar.