Gəncədə növbəti küçə işıqlandırılacaq. Bu haqda Gencexeber.az-a 5 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Məhəmməd Pişnamazzadə küçəsindən gedir. Burada yolun kənarına işıq dirəklərinin quraşdırılması üçün yerlər hazırlanıb və ətrafına beton örtüyü salınıb.
Bildirilir ki, yaxın günlərdə ərazidə “Azərişıq” ASC-nin əməkdaşları dirəkləri müvafiq yerlərə quraşdıracaqlar.