Gəncədə bir sıra yollarda lüklərin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 3 oktyabr tarixində məlumat daxil olub.
Söhbət Fətulla Həsənov, Bəhram bəy Fədai və Ozan küçələrindən gedir. Adıçəkilən ərazilərdə avtomobil yollarında olan lüklər nəqliyyat vasitələri üçün təhlükə yaradır. Quyular asfalt örtüyündən aşağı səviyyədə yerləşir.
Xatırladaq ki, bir müddət öncə şəhərin digər ərazilərində maneəyə çevrilən lüklər haqda xəbər paylaşmışdıq.
[modula id="47206"]