Gəncədə iki küçədə lüklərin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 23 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şəddadilər və Aida İmamquliyeva küçələrindən gedir. Adıçəkilən ərazilərdə bir neçə lük qapaqsız və açıq vəziyyətdədir. Digərləri isə asfalt örtüyünün səviyyəsindən yuxarıda yerləşir.
Qapaqsız olan lüklərin içərisinə sakinlər xəbərdarlıq məqsədilə taxta, plastmas və digər materiallar salıblar. Quyuların cari vəziyyəti avtomobil və piyadalara təhlükə yaradır.