Gəncədə tullantılarla çirkləndirilmiş ərazi təmizlənib. Bu haqda 7 iyul tarixində MKTİB-yə istinadən məlumat veririk.
İki gün öncə Atatürk prospekti, 221 ünvanında müşahidə olunan görüntü barədə xəbər paylaşmışdıq. 47 nömrəli uşaq bağçası və 18 nömrəli tam orta məktəbin yerləşdiyi əraziyə sakinlər tərəfindən məişət tullantıları atılırdı. Nəticədə burada antisanitar vəziyyət və kəskin qoxu əmələ gəlmişdi.
Əraziyə MKTİB-nin Təmir-Tikinti və Qəza xidməti şöbəsinin əməkdaşları və texnikası cəlb olunub. Onlar məktəbin ətrafını məişət tullantılarından təmizləyiblər. Burada səliqə-səhman yaradılıb.
Qeyd edək ki, həmin ərazidə analoji hal tez-tez təkrarlanır.