Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 13 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. "Ford" və "Mercedes" markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.