Gəncədə təlim təşkil olunacaq. Bu haqda 27 aprel tarixində Gənclər Evinə istinadən məlumat veririk.
"Karyera planlaması" mövzusunda təlim Gənclər Evində baş tutacaq. Tədbiri könüllü Şəfiqə İsgəndərova aparacaq. Burada karyeraya haradan başlamaq olar və s. məsələlər haqda danışılacaq.
Seminar 1 may tarixində saat 14:30-da keçiriləcək.
Qeyd edək ki, Gənclər Evi Heydər Əliyev Park-kompleksində yerləşir.