Gəncənin mərkəzində hərəkət tənzimləyiciləri fəaliyyətsizdir. Bu haqda Gencexeber.az-a 3 iyun tarixində məlumat daxil olub.
Sözügedən hal Şah İsmayıl Xətai ilə Nizami Gəncəvi prospektlərinin kəsişməsində müşahidə olunur. Adıçəkilən ərazidə işıqforlar işləmir.
Sürücülər avtomobillərini idarə etməkdə çətinlik çəkirlər. Sakinlərin sözlərinə görə, onlar piyada zolağından keçərkən təhlükə ilə üzləşirlər.