Gəncədə daha bir küçədə təmir işlərinə başlanıb. Bu haqda Gencexeber.az-a 26 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Bəxtiyar Əliyev küçəsindən gedir. Səhər saatlarında əraziyə texnika və canlı qüvvə cəlb olunub. Küçədə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bildirilir ki, sözügedən ərazidə asfalt örtüyü qaşınacaq. Daha sonra küçəyə yeni örtük salınacaq.