Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 30 mart tarixində məlumat daxil olub.
Hadisə şəhərin Faiq Tağıyev küçəsində baş verib. Burada yaşayan sakinlər üç gündür su təchizatının olmamasından narazılıq bildirirlər. Onlar “Azərsu”ya müraciət ediblər.
Əraziyə qurumun əməkdaşları cəlb olunublar. Burada təmir işləri üçün bir hissə qazılıb və ətrafı lentə alınıb.