Gəncədə bir sıra küçələrdə təmir işləri davam edir. Bu haqda Gencexeber.az-a 26 sentyabr tarixində məlumat daxil olub.
Şəhərin bir sıra ərazilərində yeni asfalt örtüyü salınıb. Bu səbəbdən orada yerləşən lüklər yol səviyyəsindən aşağıda qalıb. Elşən İmamquliyev, Natiq İsayev (keçmiş Krılov) və Əşrəf İsmayılov küçələrində bu vəziyyətin aradan qaldırılması üzrə işlər aparılır.
Ərazilərdə çalışan əməkdaşlar quyuların səviyyəsini yeni asfalt örtüyü ilə bərabərləşdiriblər. Daha sonra lüklər xəbərdarlıq məqsədilə lentə alınır.