Gəncədə ərazilərdən birində təmizlik işləri görülüb. Bu haqda Gencexeber.az-a 7 may tarixində məlumat daxil olub.
Bir neçə gün öncə şəhərin Adil İskəndərov küçəsində zibil qutuları ətrafındakı natəmizlik barədə məlumat vermişdik. Məsələ ilə bağlı əraziyə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikası və əməkdaşları cəlb olunub.
Qurumun əməkdaşları tərəfindən zibillər təmizlənərək ərazidən daşınması təmin edilib.